- Baxış sayı: 21
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
UEFA “PlayMaker” layihəsinin mentoru Sharon Zeevi ölkəmizdə səfərdə olub. Allsport.az saytı xəbər verir ki, o, 220 saylı məktəb-lisey və 229 saylı tam orta məktəbdə “PlayMaker” layihəsinin tədbiq olunması ilə yaxından tanış olub. Məşqi izlədikdən sonra, AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşüb, layihənin ölkəmizdə tədbiqi, gələcək məqsədlər və dəgər məsələlər barədə müzakirələr aparıb.
Görüşdə kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov, qadın futbolu və qadınlar liqasının təşkili şöbəsinin rəhbəri Əminə Həsənova, FSM menecer Kifayət Mustafayeva və “PlayMaker” layihəsinin instruktoru və məşqçiləri Gülyana Özcan, Namiq Cəfərov da iştirak ediblər. Müzakirələrdən sonra baş katib Sərxan Hacıyev tərəfindən Sharon Zeeviye xatirə olaraq AFFA-nın hədiyyəsi təqdim olunub.
Bir müddətdir UEFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə ölkəmizdə qadın futbolunun inkişafı məqsədilə 5-8 yaşlı qızlar üçün “PlayMaker” layihəsi təşkil olunur. Layihənin əsas məqsədi “Disney” cizgi filmləri hekayələri üzərindən qızların sağlam həyat tərzinə cəlb edilməsi və eləcə də, sosial bacarıqların, fundamental fiziki hərəkətlərin və futbolun əsaslarının öyrədilməsidir. Bakı şəhəri və digər regionları əhatə edəcək layihə 2023-cü ilin sonuna qədər davam edəcək.