UEFA Qurban Qurbanova təşəkkür məktubu göndərib

UEFA Topaz Premyer Liqasının 7-ci turunda keçirilmiş “İnter”-“Qarabağ” (0:2) matçında baş verən “fair-play” nümunəsinə görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məktub ünvanlayıb. Allsport.az xəbər verir ki, qitə futbol qurumu məktubda Q.Qurbanova futbolçu Elvin Məmmədova mübahisəli penalti zərbəsini kənara vurmaq tapşırığını verməsinə görə, təşəkkürünü bildirib.

Həmçinin qeyd olunub ki, baş məşqçi və futbolçunun belə hərəkət etməsi “fair-play” qaydalarının pozulmamasına sübutdur. Belə hərəkətin alqışalayiq olduğunu bildirən qurum təmsilçimizə uğurlar arzulayıb.

Həmin kateqoriyadan