- Baxış sayı: 25
- 01 Aprel 2026 12:59
- Baxış sayı: 801
- Mart 30, 2026
- 0

UEFA icraiyyə komitəsənin üzvü Lars-Krister Olsson koronavirus pandemiyasının futbola bir neçə il təsir edəcəyini açıqlayıb. Allsport.az xəbər verir ki, qitə qurumunun 70 yaşlı isveçli rəsmisi pandemiyanın 2022-ci ildə keçiriləcək dünya çepionatına da təsir edəcəyini deyib:
“Məncə, virus futbola 2-3 il təsir edəcək. COVID-19 ilə bağlı vəziyyət indikindən daha ciddi şəkildə olsa, beynəlxalq təqvimlərdə böyük problem olacaq. Bəzi yarışlar bir il təxirə salındı. DÇ-2022 yayda deyil, mövsümün gedişində keçiriləcəyi üçün daxili və beynəlxalq çempionatlardakı təqvimləri sərtləşdirmək lazım olacaq”.
Qətərdə keçiriləcək mundial 2022-ci ilin noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.