- Baxış sayı: 9
- 26 Noyabr 2024 17:48
- Baxış sayı: 37
- Noyabr 26, 2024
- 0
UEFA-nın Klubların Lisenziyalaşdırılması və və Maliyyə Fair Play şöbəsinin rəhbəri Andrea Traverso Bakıda səfərdədir. Allsport.az saytı xəbər verir ki, bu gün Andrea Traverso AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb. Görüş zamanı Azərbaycanda lisenziyalaşdırma sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılıb.
Sonra Andrea Traverso, AFFA-nın baş katibi Elxan Məmmədov və AFFA-nın Lisenziyalaşdırma qrupu üzvlərinin iştirakı ilə “Neftçi”, “Qəbələ”, “İnter” və “Qarabağ”ın rəhbər şəxsləri arasında görüşlər keçirilib. Görüşlərin əsas mövzusu Maliyyə Fair Play tələblərinin və Lisenziyaşdırma qaydalarının klublar tərəfindən tələb olunan şəkildə yerinə yetirilməsi və tətbiqi, xüsusən maliyyə meyarlarının düzgün yerinə yetirilməsi ilə bağlı olub.
Andrea Traverso klubların qeyd olunmuş tələblərə əməl etməsinin vacibliliyini xüsusi qeyd edib və bununla bağlı tövsiyələrini verib.