UEFA “Rəvan”ın “Spartak”la oyununu estonlara tapşırdı

UEFA Gənclər Liqasının birinci təsnifat mərhələsinin oyunlarına hakim təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edəcək “Rəvan”ın Rusiya “Spartak”ına qarşı keçirəcəyi matçın hakimləri də müəyyənləşib.

Belə ki, bu görüşü estoniyalı hakimlər idarə edəcək. Baş hakim Eyko Saar təyin olunub. Ona yan xətt hakimləri Silver Koiv və Aron Harsinq yardım edəcək.

Qeyd edək ki, bu komandalar arasındakı matç sentyabrın 30-da Moskvada baş tutacaq.

Həmin kateqoriyadan