- Baxış sayı: 41
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

UEFA yeni klub əmsalını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan ötən həftə ilə müqayisədə geriləyib. Buna səbəb, “Qarabağ”ın çempionlar liqasında “Ludoqorets”ə (1:2), “Sabah”ın konfrans liqasında “Sent Patriks”ə (İrlandiya) yenilməsidir (0:1).
“Zirə” Xorvatiyada “Osiyek”lə görüşdə 1 xal qazansa da (1:1), reytinqə əlavə olunan 0.125 xal bəs etməyib. Cəmdə 18.500 nəticə ilə, Azərbaycan ötən həftə ilə müqayisədə 1 pillə geriləyərək, 24-cü yerə düşüb.
Bizi Slovakiya ötüb (18.750 xal).