- Baxış sayı: 41
- 30 Mart 2026 21:25
- Baxış sayı: 498
- Mart 30, 2026
- 0

UEFA Avrokuboklarda qrup mərhələsinin 3-cü turundan sonra yeni reytinq siyahısını açıqlayıb.
Allsport.az xəbər verir ki, “Qarabağ” konfrans liqasının qrup mərhələsində Bakıda “Kayrat”ı məğlub etməklə (2:1) ölkəmizin aktivinə daha 0,500 xal yazdırıb. Beləliklə, 2021/22 mövsümdə Azərbaycanın xal sayı 3,375-yə, son 5 mövsümdə ümumi xal sayı isə 16.000-ə çatıb.
Ağdam təmsilçisinin bu qələbəsindən sonra Azərbaycan reytinqdə Polşa və Macarıstanı geridə qoyaraq iki pillə irəliləyib. Bu irəliləyiş 26-cı yerə yüksəlmək imkanı verib.
Cədvələ 92,355 xalla İngiltərə başçılıq edir.