- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 173
- Mart 19, 2026
- 0

UEFA AÇ-2020-də azarkeşlərlə bağlı planları müəyyənləşdirmək üçün təşkilatçı şəhərlərə verilən vaxtı uzadıb. Allsport.az xəbər verir ki, həmin müddət aprelin 7-dən 28-dək artırılıb.
Bəzi görüşlərin digər şəhərlərə salınması, bəzilərinin isə azarkeşsiz keçirilməsi də mümkündür. 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun – 11 iyula təxirə salınıb.
Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.