- Baxış sayı: 23
- 30 Mart 2026 15:51
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

UEFA Avropa liqasının pley-off mərhələsində “Lill”ə qarşı keçirilən oyunda (0:2) “Srvena Zvezda” azarkeşlərin açdığı dini məzmunlu pankart kluba baha başa gəlib.
Allsport.az xəbər verir ki, fanatlar tərəfindən nümayiş etdirilən Müqəddəs Simeonun (Stefan Nemanya) təsviri və “Qoy imanınız sizi qələbəyə aparsın” şüarı qurum tərəfindən “idman tədbirinə uyğun olmayan mesaj” kimi qiymətləndirilib.
Nəticədə Belqrad təmsilçisi ümumilikdə 95 500 avro cərimə olunub. Bu məbləğin 40 min avrosu birbaşa sözügedən pankarta, qalan hissəsi isə pirotexnika və digər azarkeş qayda pozuntularına görə tətbiq edilib. “Srvena Zvezda” iki oyunun nəticəsinə görə (1:2) turnirlə vidalaşıb.