- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 132
- Noyabr 28, 2024
- 0
AÇ-2020-nin final mərhələsində 2 qrup oyununu Bakı olimpiya stadionunda keçirəcək Uels milli komandasının 8 nəfərlik nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib. Allsport.az xəbər verir ki, iki günlük səfər çərçivəsində təşkilatı məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.
Uelsli qonaqlar məşqlərin keçirəcəyi meydanlara və komandanın məskunlaşacağı otelə baxış keçirib, həmçinin SOCAR-ın Bakı olimpiya stadionunda olublar.
Uels milli komandası AÇ-2020-nin A qrupunda iyunun 12-də İsveçrə, iyunun 16-da isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun BOS-da keçiriləcək.