- Baxış sayı: 36
- 29 Mart 2026 14:51
- Baxış sayı: 124
- Mart 29, 2026
- 0

Türkiyə kubokunda qrup mərhələsinin 2-ci turunun görüşləri baş tutub. Allsport.az saytı xəbər verir ki, “D” qrupunda yer alan Ufuq Budağın komandası İstanbulda “Beşikdaş”la üz-üzə gəlib.
“Kayserispor” bu qarşılaşmada məğlub olub (1:2). Azərbaycan yığmasının sabiq futbolçusu start heyətdə meydanda olub və90 dəqiqə mübarizə aparıb. İlk turda qələbə qazanan “Anadolu ulduzları” 3 xalla qrupda 2-cidir.