- Baxış sayı: 35
- 29 Mart 2026 14:51
- Baxış sayı: 99
- Mart 29, 2026
- 0

Türkiyə Superliqasında 8-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuq Budağın komandası səfərdə “Qaziantepspor”la qarşılaşıb. “Kayserispor” bu matçdan qələbə ilə ayrılıb – 2:1.
Futbolçumuz görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. “Anadolu ulduzları” 8 turdan sonra 8 xalla 18 klub arasında 11-ci pillədədir.