- Baxış sayı: 28
- 29 Yanvar 2026 14:48
- Baxış sayı: 183
- Yanvar 29, 2026
- 0

Çempionlar liqasının əsas mərhələsinin VIII turunun “Liverpul” – “Qarabağ” oyunundan əvvəl Ağdam komandasının futbolçusu Marko Yankoviç mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, o, matçdan gözləntilərini bölüşüb: “Baş məşqçimizin dediyi kimi, biz dünyanın ən gözəl stadionlarından birində və güclü komandaya qarşı oynayacağıq. Bu bizim üçün bir şərəfdir və burada olduğumuza görə xoşbəxtik. Sabah isə yaxşı bir oyun göstərməyi ümid edirik. Təbii ki, qarşı tərəfə hörmətimiz var. Onlar evdə çıxış edirlər, biz isə qonağıq. Sabahkı matçda uğurlu nəticəyə ümid edirik”.