Uill Smit möhtəşəm səhnə məharəti ilə F1 azarkeşlərinə unudulmaz gecə yaşadıb

Azərbaycan qran prisinin ilk günü unudulmaz anlarla yadda qalıb. Allsport.az saytı xəbər verir ki, avtoidman həvəskarları və musiqi sevənlər “Büllur saray”da baş tutan möhtəşəm gecənin şahidi oldular. Hollivudun məşhur siması, aktyor və musiqiçi Uill Smit səhnəyə çıxaraq özünəməxsus enerjisi və performansı ilə fanatları coşdurdu.

Onun səsləndirdiyi hitlər, xüsusən də 90-cı illərin musiqi sevərlərinə nostalji hislər yaşatdı. Ulduzun canlı çıxışı ilə yanaşı müasir səhnə effektlərinin yaratdığı ab-hava gecəyə xüsusi rəng qatdı.

Əyləncə Uill Smitin çıxışı ilə yekunlaşmayıb. Gecənin ikinci hissəsində elektron musiqi dünyasının ulduzu, Qremmi mükafatlı DJ Black Coffee səhnəyə çıxaraq öz fərqli üslubu ilə azarkeşləri heyran etdi. Onun təqdim etdiyi enerjidolu musiqilər tamaşaçılara ritmlərlə dolu unudulmaz bir gecə bəxş etdi.

Həmin kateqoriyadan