- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Formula1 Azərbaycan qran-prisinin 3-cü sərbəst yürüşündə qəza baş verib. Allsport.az saytı xəbər verir ki, “Uillyams” komandasının pilotu Sergey Sirotkin 3-cü döngədə dönməni düzgün yerinə yetirə bilməyib.
Nəticədə, idarəetməni itirərək səddə çırpıb. Bu azmış kimi, maşın da sıradan çıxıb. Marşallar dərhal müdaxilə edərək onu təxliyə ediblər. Bolid xüsusi texnika ilə trekdən kənarlaşdırılıb.
Sergey sərbəst yürüşü dayandırmağa məcbur olub. Onun bolidinin sıralanma turuna qədər yenidən təmir olub-olunmayacağı maraq doğurur.