- Baxış sayı: 35
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
Ukraynanın 17 yaşlılardan ibarət millisinin baş məşqçisi Aleksandr Petrakov komandasının Bakıda təşkil olunan Avropa çempionatındakı çıxışını dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, o, təşkilatçılıqdan razı qaldığını deyib:
“Mən boynumu büküb, bəxtimizin gətirmədiyini deməyəcəyəm, başqa bəhanələr irəli sürməyəcəyəm. Bu oyunlardan nəticə çıxarmalı, daha çox çalışmalı, səhvlərimizi aradan qaldırmalıyıq. Almaniyaya qarşı keçirdiyimiz ilk oyundakı əhval-ruhiyyə xoşuma gəlmişdi. Amma sonrakı oyunlarda mən gördüyümüz işlərdə çatışmazlıqların olduğunun şahidi oldum.
Burada hər şey daha sürətlidi, rəqib komandalar daha sürətli oynayırlar. Futbol getdikcə sürətlənir, amma biz hələ də asta futbol oynayırıq. Burada bütün bunların şahidi oldum. Azərbaycanın turniri təşkil etməsinə gəlincə, hər şey möhtəşəmdir. Sadəcə, gözəl! Meydançalardan, otellərdən tutmuş bütün variantlara qədər bunu söyləmək olar. Turniri əla keçirirlər. Hər şeyi düzgün edirlər”.