- Baxış sayı: 15
- 30 Mart 2026 21:25
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Sabah”da icarə əsasında çıxış edən braziliyalı futbolçu Lukas Rangel açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 27 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu Ukrayna “Vorskla”sına qayıtmaq istəmədiyini deyib:
“Ukraynada oynamış bir çox peşəkar həmkarımla danışmışam və heç biri geri dönmək istəmir. Bir neçə klub mənimlə maraqlanır.
Hər birini dəyərləndirəcəyəm. Ancaq tezliklə Avropanı tərk edib, Braziliyaya qayıtmaq fikrində deyiləm”.