- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Fransanın PSJ klubunun hücumçusu Mauro İkardi Paris təmsilçisinə birdəfəlik transfer olub. Allsport.az xəbər verir ki, argentinalı ulduzun həyat yoldaşı Vanda Nara İnstagramda buna görə xoşbəxt olduğunu qeyd edib.
Model həm də ərinin agentidir və transfer danışıqlarında iştirak edib. Nara Parisdə həyatı sevdiyini və burada qalacaqlarına görə xoşbəxt olduğunu qeyd edib. Həm də televiziya aparıcısı kimi çalışan Vandanın 6,6 milyon izləyicisi var.
Vanda Nara Argentina millisinin keçmiş üzvü Maksi Lopesin həyat yoldaşı olub. Nara Lopeslə evli ola-ola İkardi ilə eşq həyatı yaşayıb və sonra ailə həyatı qurub. Naranın Lopesdən 3, İkardidən də eyni sayda uşağı var.