- Baxış sayı: 9
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Sentyabrın 2-də gənclər və idman nazirliyi, Azərbaycan fubol federasiyaları assosiasiyası və “Ulduz” futbol akademiyasının birgə təşkilatçılığı ilə “İdman paytaxtı” Qubada 12 yaşadək futbolçular arasında “Ulduz kuboku” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
Allsport.az saytı xəbər verir ki, rayonun olimpiya idman kompleksində tədbirdə əvvəlcə iştirakçı komandaların paradı baş tutub. Mərasimdə Quba icra hakimiyyətinin başçısı İlqar Mahmudov, gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, bu turnirin ölkədə uşaq futbolunun inkişafına dəstək olacağını bildirib və komandalara uğurlar arzulayıblar.
Dövlət himni səsləndirildikdən sonra açılış mərasimi bədii hissə ilə davam edib. Turnirin ilk görüşündə “Ulduz” və “Bunyodkor” (Özbəkistan) komandaları üz-üzə gəlib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Turnirdə 5 ölkədən 8 komanda 2 qrupda mübarizə aparır. “A” qrupunda “Bunyodkor” (Özbəkistan), “Ulduz” FA, Şimali Kipr Türk Respublikasının yığma komandası və Quba OİK; “B” qrupunda isə “Dinamo Minsk” (Belarus), “Saburtalo” (Gürcüstan), “Qarabağ” və “Metak” yer alıblar. Final matçı sentyabrın 6-sında baş tutacaq.