- Baxış sayı: 27
- 25 Mart 2026 15:55
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

“Fənərbağça” ulduz futbolçuları Edin Ceko və Duşan Tadiçlə yolunu ayırıb.
Allsport.az xəbər verir ki, hər iki hücumçu ilə bitən müqavilə yenilənməyib. Onlar 2023-cü ilin yayından “sarı-lacivərt”lərin şərəfini qoruyurdu.
39 yaşlı Ceko son mövsüm ərzində meydana çıxdığı 53 matçda 21 qol və 8 məhsuldar ötürmə müəllifi olub.
37 yaşlı Tadiç isə 53 oyunda 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.