- Baxış sayı: 36
- 13 Aprel 2025 19:17
- Baxış sayı: 26
- Aprel 14, 2025
- 0
Aprelin 10-da 2025-ci ilin “İdman Paytaxtı” Qəbələdə Xankəndi ultramarafonuna start verilib. Allsport.az xəbər verir ki, yarışdan əvvəl açılış mərasimi keçirilib. Tədbirdə Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova, millət vəkili, Azərbaycan atletika federasiyasının vitse-prezidenti Könül Nurullayeva, gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov çıxış ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib. Açılış mərasimindən sonra ultramarafona start verilib.
Ultramarafona qatılan 81 nəfərdən 23-ü qadın, qalanları kişi idmançılardır, onların arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də var. İlk yarış gününün nəticələrinə əsasən, kişilər arasında Türkiyə təmsilçiləri Üzeyir Söyləməz (3:32.20) və Ömər Alqanoğlu (3:32.21), eləcə də Gürcüstandan Giorgi Lomidze (3:36.29) yüksək nəticə göstərərək birinci mərhələdə fərqləniblər.
Qadınlar arasında Ukrayna təmsilçisi Alyona Şevçenko (4:02.16) ən yüksək nəticə ilə fərqlənib. Onun ardınca Türkiyədən Dəmir Hasibə (4:05.10) və Moldovadan Svetlana Şepelyeva (4:06.19) finiş xəttini keçiblər.
Ultramarafon iştirakçıları 192 km məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar. Onlar Qəbələ – Ağdaş (55 km), Ağdaş – Bərdə (65 km), Bərdə – Ağdam (44 km) və Ağdam – Xankəndi (28 km) istiqamətləri üzrə mərhələlərlə yarışacaqlar. Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
Gənclər və idman nazirliyi, Bakı şəhər halqası və Azərbaycan atletika federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ultramarafona aprelin 13-də yekun vurulacaq.