- Baxış sayı: 45
- 13 Aprel 2025 10:08
- Baxış sayı: 100
- Aprel 14, 2025
- 0
Aprelin 13-də Xankəndi ultramarafonuna yekun vurulub.
Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyi, Bakı şəhər halqası və Azərbaycan atletika federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın sonuncu günü atletlər Ağdamdan Xankəndiyə 28 km məsafə qət ediblər.
Xankəndidə yekunlaşan dördüncü mərhələdə kişilər arasında finişə ilk çatan Ömər Alqanoğlu (Türkiyə) olub. Üzeyir Söyləməz (Türkiyə) ikinci, Giorgi Lomidze (Gürcüstan) üçüncü olublar. Qadınlar arasında Hasibə Dəmir (Türkiyə) günün qalibi olub. Olena Şevçenko (Ukrayna) və Leyla Abidinova (Azərbaycan) müvafiq olaraq 2-3-cü olublar.
Bu gün ultramarafonun ümumi qalibləri də məlum olub. Kişilər arasında Üzeyir Söyləməz (Türkiyə) ultramarafonun qalibi olub. Ömər Alqanoğlu (Türkiyə) ikinci, Giorgi Lomidze (Gürcüstan) üçüncü yeri tutublar. Qadınlar arasında isə Olena Şevçenko (Ukrayna), Hasibə Dəmir (Türkiyə) və Maria Kolpakova (Rusiya) fərqləniblər.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Azərbaycan atletika federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.
Mükafatlandırma mərasimi “Mərdan Band”ın ifasında konsert proqramı ilə davam edib.