- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
PSJ-nin ən böyük azarkeş qrupu “Kollektif Ultras Paris” klubun idarə heyətindən ibarət yığma ilə görüş keçirəcəyini açıqlayıb.
Allsport.az xəbər verir ki, “Ultras” klubun ötən həftəki etiraz aksiyalarına münasibətini müzakirə etmək niyyətindədir. Mediada yayılan xəbərlərə görə, fanatların narazılığına səbəb komandanın hücumçusu Lionel Messinin Səudiyyə Ərəbistanına səfəri və onun bundan sonrakı diskvalifikasiyası olub.
Bu səfər baş məşqçi və idarə heyəti ilə müzakirə edilməyib. Etiraz aksiyaları bir qrup fanatın Neymarın evinə gətməsi və braziliyalını klubdan çıxmağa çağıraraq başa çatıb.
“Kollektif Ultras Paris”in rəhbəri Romain Mabel belə bir addımı bəyənməyib. O, fanatları yalnız PSJ-nin baş ofisinin qarşısında toplaşmağa səsləyib.