Ülviyyə Cabbarova: Ümid edirik ki, ədalətin təmin olunmasına töhfəmizi vermiş olacağıq

AFFA ilə “PAŞA sığorta” arasında VAR sistemi ilə bağlı anlaşma olub. Allsport.az saytı xəbər verir ki, şirkətin idarə heyətinin sədri Ülviyyə Cabbarova: tərəfdaşlığı yüksək qiymətləndirib: 

“Bu gün imzaladığımız sponsorluq müqaviləsinin həm “PAŞA sığorta”, həm də Azərbaycan futbolu üçün uğurlu olacağına əminik. Qeyd olunduğu kimi, AFFA ilə uzunmüddətli əməkdaşlığımız mövcuddur və bu əməkdaşlığın daha da inkişaf etməsi hər birimizi sevindirir.

Ümid edirik ki, VAR sisteminin tətbiqinə verdiyimiz dəstəklə, eyni zamanda, futbol hakimliyində ədalətin daha çox təmin olunmasına töhfəmizi vermiş olacağıq. Çünki VAR sisteminin əsas məqsədi məhz ədalətli qərarların verilməsinə yardımçı olmaqdır”.

Həmin kateqoriyadan