- Baxış sayı: 18
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“Səbail”ın futbolçusu Mirabdulla Abbasov açıqlama verib. hücumçu Azərbaycan kuboku və premyer liqanın növbəti turunda “Neftçi”yə qarşı keçirəcəyi oyunla bağlı fikirini bildirib.
– Kubokun ilk oyunu hər zaman həyəcanlı olur. Çünki 1 qarşılaşmadan ibarərətdir. Rəqibin premyer liqa və ya divizyon təmsilçisi olmasının fərqi olmur. Şanslar bərabərdir. Buna görə də maksimum gücünü meydanda göstərməlisən. MOİK-lə oyun bizim üçün yaxşı keçdi. Komandamız layiqli qələbə qazanaraq mərhələ adladı.
– MOİK-lə görüşdə qələbənin pay sahiblərindən biri də sən idin. Komandamızın 3 qolu məhz sənin ayağından gəldi. Bu, həm də sənin “Səbail”ə qayıtdıqdan sonra vurduğun ilk qol oldu. Bu qol haqqında nə deyə bilərsən?
– Qol vurduğuma görə çox şadam. Lakin mənim üçün bundan da sevindirici məqam komandamızın qələbəsində pay sahibi olmağımdır. Ümid edirəm ki, bu qolun ardı gələcək və qollarımı sıralayıb komandama qələbələr qazandıracağam. Bunun üçün meydanda əlimdən gələnin ən yaxşısını edəcəyəm.
– Növbəti mərhələdə rəqibimiz “Sabah”dır. Masazır təmsilçisinə qarşı iki oyun keçirəcəyik. Rəqibi necə dəyərləndirirsən?
– 1/4 finalda bizi daha çətin rəqib gözləyir. “Sabah” bu mövsüm uğurlu çıxışı ilə seçilən komandadır. Amma bu bizi qətiyyən qorxutmur. Əksinə, belə bir rəqiblə qarşılaşmağımız bizim üçün daha yaxşıdır deyə düşünürəm. Bu tip komandalara qarşı daha fərqli ab-hava ilə oyuna çıxmalı olursan və daha çox məsuliyyət cəlb edir. Səhv etmək kimi fürsətin yoxdur. Hər birimiz bunun fərqindəyik.
– Qayıdaq premyer liqaya. Fasilə başa çatdı və XV turda “Neftçi” ilə qarşılaşacağıq. Komandadakı ab-hava necədir?
– MOİK üzərində qələbə komandamıza yaxşı təsir edib. Bu motivasiyya ilə “Neftçi” ilə matça hazırlaşırıq. Ağır oyun olacaq. Bir o qədər də maraqlı olacağına şübhəm yoxdur. Hər iki komandada itkilər çoxdur. Ancaq hər iki komanda meydana qələbə üçün çıxacaq. Qələbə qazanmaq istəyirik. Buna ehtiyacımız var. Mən və komanda yoldaşlarım bunun üçün əlimizdən gələndən də artığını etməyə hazırıq.