“Ümid edirəm ki, Mahir bizim oyunçumuz olmağa davam edəcək”

“Mahirlə ilk dəfə tanış olanda çox təəccübləndim. Televiziya önündə onu izləyəndə qarşımda bir qədər təkəbbürlü insanın olacağını gözləyirdim. Lakin o, məni təəccübləndirdi və əks təəssürat yaratdı”.

Allsport.az saytı xəbər verir ki, bu sözü Polşa “Legiya”sının yeni baş məşqçisi Aleksandr Vukoviç deyib. O, millimizin hücumçusunun “hərbçilər”dən ayrılacağı haqda yayılan xəbərlərə yenidən münasibət bildirib:

“Söhbətimiz çox pozitiv keçdi. Şübhəsiz ki, onu təkəbbürlü adlandırmaq olmaz. Ümid edirəm ki, bizim oyunçumuz olmağa davam edəcək. Lakin mən hazırda birmənalı, əmin cavab verə bilmirəm”.

Xatırladaq ki, “Legiya” fanatları ekstraklasanın 18-ci turunda “Visla”ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Əmrəli başından xəsarət alıb. O, hadisədən sonra “leguonçular”ın oyuna və məşqlərə çıxmır. Mahirin “Legiya”dan ayrılacağı haqda xəbərlər yayılıb.

Həmin kateqoriyadan