“Ümid edirəm ki, toplanışdan sonra hər yaxşı olacaq və tam formaya düşəcəyəm”

“Zirə”nin yeni futbolçusu Pərdis Fərcad-Azad keçidi ilə bağlı təəssüratlarını bölüşüb. Allsport.az saytı xəbər verir ki, dünən yeni komandasının heyətində “Girəsunspor”la yoxlama oyununda (0:0) meydana çıxan 30 yaşlı hücumçu hələ tam hazır olmadığını deyib:

“Zirə”yə gəldiyim üçün çox şadam. Baş məşqçi məni komandasında görmək istəyirdi. Sonda alındı. İnanıram ki, bu mövsüm yaxşı oynayıb, uğurlu nəticə qazanacağıq.

Bu, “Zirə”də ilk oyunum idi. Tam hazır deyiləm. Ümid edirəm ki, toplanışdan sonra hər yaxşı olacaq və tam formaya düşəcəyəm. Hazırda komanda da yaxşı vəziyyətdədir. “Zirə”də olduğum üçün sevinirəm”.

 

Həmin kateqoriyadan