- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Fransa millisinin hücumçusu Olivye Jiru hücumçu Kilian Mbappenin zədəsi haqda danışıb.
Allsport.az xəbər verir ki, iyunun 17-də Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Avstriya ilə oyunda (1:0) Mbappe burnunu sındırıb. O, təcili yardım maşını ilə stadiondan Düsseldorfdakı xəstəxanaya aparılıb və diaqnoz orada təsdiqlənib. Fransa futbol federasiyası Kilianın əməliyyat olunmayacağını bildirib.
“Ümid edirik ki, o, çox tez sağalacaq, bu axşam kiçik bir narahatlıq idi. Bilirəm çox ağrıyır. Bu, mənim başıma daha əvvəl gəlib”, – Jiru açıqlamasında bildirib.