- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
Uzun müddət sonra premyer liqaya vəsiqə qazanan “Araz Naxçıvan” klubu inamlı çıxış ilə yadda qalır. Allsport.az saytı xəbər verir ki, “qırmızılar” ötən gün səfərdə “Kəpəz”ə 2:1 qalib gələrək, yarış cədvəlində 4-7-ci yerləri bölüşdürür. Komandanın prezidenti Zaur Axundov Gəncədə keçirdiyi ayaqüstü söhbətdə bəzi məsələlərə aydınlıq gətirdi:
“İdmanda udmaq da olar, uduzmaqda, amma mübarizə mütləq olmalıdır. Mən istəyirəm ki, futbolçularımız meydanda sonadək döyüşsünlər və əsl Azərbaycan xarakterini göstərsinlər. Bu gün qalib gəldik, amma asan olmadı. Gəncə futbol ənənəsi olan şəhərdir. Stadionda azarkeşlər də çox idi. Buranın tərəfdarları digərlərindən fərqlənirlər. Çox arzu edirəm ki, bu yaxınlarda Gəncə stadionu təmir olunub futbolsevərlərin ixtiyarına verilsin.
Dövlət Naxçıvan üçün vəsait ayırıb. Yaxınlarda şəhər stadoinunda təmir işləri başlayacaq: meydanın ot örtüyü dəyişiləsək, VAR və işıq sistemləri quraşdırılacaq. İş başa çatandan sonra, klubumuz ev oyunlarını Naxçıvanda keçirəcək. 1-ci liqada oynayanda, görüşləri 7-8 min azarkeş izləyirdi. Çox güman, ilin sonunda təmir-bərpa yekunlaşacaq.
Nəqliyyat məsələsinə gəlincə, gediş-gəliş təyyarə ilə olacaq. Ümidvaram ki, bu yaxınlarda Zəngəzur dəhlizi açılacaq və biz də öncələr olduğu kimi, qatarla Naxçıvana gedib-gələ biləcəyik. Elə komandalarımızın da işi yüngülləşəcək”.
Kamran HACI, Gəncə