Umititi: “4 ilimi sanki “həbsxana”da keçirdim”

“Leçe”nin yarımmüdafiəçisi Samuel Umititi “Barselona”da oynadığı vaxt haqda danışıb.

Allsport.az xəbər verir ki, futbolçu 2016-cı ildə Kataloniya klubuna qoşulub və hazırda “Leçe”də icarə əsasında çıxış edir. Onun “Barselona” ilə müqaviləsi 2026-cı ilə qədərdir.

“Mənə özümü dəyərli hiss etmək, faydalı olmaq və hörmət qazanmaq lazım idi. Kataloniyadakı 4 ilimi sanki “həbsxanada” keçirdim. Təkcə idman baxımından deyil, gündəlik həyatda da çox sıxılırdım.

İspaniyaya ilk köçəndən sonra özümü dəyərli hiss edirdim və yaxşı oynayırdım. Sonra etibarsız hiss etməyə başladım, pis hiss etdim və anladım ki, artıq heç kim mənə inanmır”.

Umititi 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu olub.

Həmin kateqoriyadan