- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İraq millisinin yarımmüdafiəçisi Usamə Rəşid Rusiya yığmasının futbolçusu Sergey Pinyayev haqqında fikrini bölüşüb.
Allsport.az xəbər verir ki, o, İraqın Sankt-Peterburqda Rusiyaya qarşı keçirdiyi yoldaşlıq görüşündən (0:2) sonra bu haqda danışıb. Rəşid deyib:
“Düşünürəm ki, xüsusilə birinci hissədə yaxşı oyun keçirdik. 4, hətta daha çox qol vura bilərdik. Daha çox təşəbbüsə malik idik və Rusiya yığmasının qapısında təhlükəli vəziyyətlər yaratdıq. 2-cihissədə hər şey dəyişdi – Rusiya üstünlük təşkil etməyə başladı, 2 qol vurdu və sonda qalib gəldi.
Rusiya millisi həmişə güclü olub, çox yaxşı oyunçuları var. Futbolçuların hamısı Rusiyanın klublarında oynayır. Sizinlə qarşılaşa bildiyimiz üçün şadam, həqiqətən də gözəl matç idi. Atmosferdən də çox razıyıq, çox azarkeş olanda oynamaq həmişə xoşdur. Bu, böyük stadiondur, indiyə qədər gördüyüm ən yaxşı arenalardan biridir.
Pinyayev? O, sürətlidir. Sergeyin “Lokomotiv”də oynadığını bilirəm. Bizə çox problem yaratdı, hamımız onu tutmağa çalışdıq. Amma Pinyayev yenə də çox yaxşı oynadı. Hesab edirəm ki, o, hazırda Rusiya millisinin ən yaxşı oyunçusudur”.