- Baxış sayı: 55
- 21 Aprel 2025 16:45
- Baxış sayı: 434
- Aprel 22, 2025
- 0
Sumqayıt Olimpiya İdman Kompleksində uşaq atletikasının inkişaf etdirilməsi üçün “Kids Athletics Azerbaijan” adlı seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, məşğələlər Beynəlxalq Atletika Federasiyasının proqramı üzrə 1-ci dərəcəli mühazirəçiləri və AAF-in məşqçi-müəllimləri Ceyhun Hüseynov və Aqil Paşayev tərəfindən keçirilib.
2 gün davam edən toplantıda həm nəzəri, həm də praktiki məşğələlər daxil olmaqla, orta ümumtəhsil məktəblərindən olan 30-a yaxın fəal fiziki tərbiyə müəllimi, məşqçi-müəllim iştirak etmişdir.
Seminarın proqramının praktiki hissəsində 5-6-cı sinif şagirdlərinin iştirakı ilə maraqlı uşaq atletikası yarışı keçirilmişdir. Tədbirin sonunda müəllimlərə sertifikatlar, məktəblilərə isə diplomlar təqdim olunub.
Qeyd edək ki, Beynəlxalq Atletika Federasiyasının təqdim etdiyi “Uşaq atletikası” proqramı 2005-ci ildə yaradılıb və hazırda əhatə dairəsinə görə dünyanın ən geniş yayılmış kütləvi idman layihələrindəndir.
2011-ci ilin sonlarına layihə dünyanın 100 ölkəsində 1.5 milliyon uşağı əhatə edib. 2012-ci ildən başlayaraq BAF “Uşaq atletikası” proqramı üzrə məşqçi-təlimatçıların hazırlığı layihəsinə başlayıb.