- Baxış sayı: 16
- 25 Noyabr 2024 16:27
- Baxış sayı: 31
- Noyabr 25, 2024
- 0
Premyer liqanın 15-ci turunda “Kəpəz” Tovuzda “Sabah” klubuna 0:2 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyunla bağlı öz fikirlərini bölüşüb:
“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Çünki oyunun nəticəsindən asılı olmayaraq 90 dəqiqə komandanı dəstəklədilər. Düzdü, futbolçular çalışdı ki, biz gəldiyimiz qısa müddətə baxmayaraq daha böyük addımlar atsınlar. Amma bu indi alınan bir şey deyil. Müəyyən bir vaxt lazımdır.
Dayanmırıq, çalışırıq. Müəyyən işlərdə irəliləyişlər var. Aqressivliyi komandaya gətirə bilmişik. Sonluq çatışmır. Gələcək oyunlarda bunu da həll etməyə səy göstərəcəyik. Futbolçulara da minnətdaram. Bütün güclərini ortaya qoydular. Uşaqlar nələrsə etməyə çalışırlar. Gələcək oyunlara baxacağıq”.