- Baxış sayı: 0
- 25 Noyabr 2024 17:17
- Baxış sayı: 33
- Noyabr 25, 2024
- 0
“Araz-Naxçıvan” premyer liqanın 14-cü turunda səfərdə “Neftçi” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Azər Bağırov bunu söyləyib:
“İki fərqli hissə düşünmüşdük. Birinci hissədə müdafiədən oynamaq və əks-hücumlarda çıxış etmək, ikinci hissədə daha çox hücumda oynamaq istəyirdik.
Fasiləyə yaxın künc zərbəsi zamanı ani diqqətsizlikdən qol buraxdıq. Bu, planlarımızda yox idi. Uşaqlara təşəkkür edirəm ki, iki ardıcıl məğlubiyyətdən sonra toparlanmağı bacardılar və “Neftçi” kimi komandaya qarşı bu cür mübarizə apardılar”.