“Üstünlük 90 dəqiqə bizim tərəfimizdə oldu”

Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Allsport.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Fikrimcə, ilk dəqiqədən sonuncu dəqiqəyədək üstünlük bizim tərəfimizdə oldu. Gözəl epizodlar, baxımlı qollar izlədik. Oyunçular yaxşı əhval-ruhiyyədə idi. Nəticənin əhəmiyyətini bilirdik. Gözlədiyimizi, istədiyimizi etdik.

İlk hissənin sonlarındakı səhv üzündən buraxdığımız qola baxmayaraq, komandam sakitliyini qorudu. Yeni qol şanslarının olacağını bilirdik, buna inanırdıq. Əsas məqsəd qələbə qazanmaq idi. Matçdan öncə futbolçulara bu barədə demişdim. Oyunçularımız verilən tapşırıqları yaxşı icra etdilər ki, bu da nəticədə öz əksini tapdı”.

Həmin kateqoriyadan