- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

İngiltərə çempionatının 29-cu turunun təxirə salınmış matçında “Mançester Yunayted” doğma meydanda “Şeffild”ə (4:2) qalib gəlib.
Allsport.az xəbər verir ki, mankunianlılar görüş zamanı iki dəfə hesabda geri düşsə də, üç xal qazana biliblər. Bruno Fernandeş qaliblərin heyətində dubla imza atıb. Hoylund və Maquayr komandasının 2 qolunu vurub.
Qonaqların heyətində Jayden Boqle və Ben Brereton hərəyə bir qol vurub.