- Baxış sayı: 31
- 21 Noyabr 2024 22:51
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin keçmiş futbolçusu Vəli Qasımov “Championat” nəşrinə müsahibəsində yığma barədə danışıb. Allsport.az xəbər verir ki, o, AFFA-nın mərhum prezidenti Fuad Musayev ilə aralarından anlaşılmazlıq olduğunu dilə gətirib:
“Mən oynayanda yığma komanda tez-tez toplaşırdı. Amma məni yoldaşlıq görüşlərinə buraxmırdılar. Bir qayda olaraq, yalnız rəsmi matçlara dəvət alırdım. Yığmada bir qol belə vurmamağım qəribədir. Səbəbini bilmirəm. Yəqin ki, yığmada daha çox iş görürdüm. Tez-tez geriyə qayıdıb, oyun qurmağa çalışırdım. İrəlidə az olurdum və daha çox meydanın mərkəzində komanda yoldaşlarıma kömək edirdim. Çünki digərlərindən daha təcrübəli idim.
Federasiyada həqiqətən pul yox idi, hər şeyə qənaət edirdilər. Tez-tez uçuş xərcləri üçün özüm pul ödəmişəm. Ancaq bu, hamının problemi idi. Cəmi 100 dollar mükafat verdikləri dönəm olub. İspaniyada oynadığım zaman bu pullar aviabiletlərə, maksimum isə hava limanında qəhvə içməyə xərclənirdi. Federasiyanı da başa düşmək olar. Amma istənilən halda üzücü idi”.
Fuad Musayev ilə aramızda bir neçə dəfə mübahisə yaşanmışdı. Bir dəfə məni Lixtenşteynlə oyuna dəvət etdilər. Amma heyətə salınmadım və uduzduq. Bunu özümə qarşı ədalətsizlik hesab etdim. Musayevlə danışmaq istəsəm də, o, mənimlə görüşməyi lazım bilmədi. Belədə baş məşqçiyə dedim ki, məni Portuqaliyadan ehtiyatda oturmaq üçün çağırırsınız? Əgər belədirsə, dəvət etməyin. Bundan sonra daha məni yığmaya çağırmadılar”.