- Baxış sayı: 33
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 146
- Fevral 04, 2026
- 0

“Səbail” klubunda çıxış edən qanalı futbolçu Camal Araqo idman vətəndaşlığını dəyişmək istəyir.
Allsport.az xəbər verir ki, əslən Liberiyadan olan 28 yaşlı müdafiəçi bu ölkənin milli komandasında çıxış etmək niyyətindədir.
Liberiya futbol assosiasiyası hələlik oyunçuya təklif göndərməyib. Araqonun ailəsi ölkədəki vətəndaş müharibəsi zamanı Qanaya köçüb.
Camal Araqo mövsümün əvvəlində “Səbail”ə keçib. O, Qananın aşağı yaş qruplarından ibarət yığmalarında oynayıb.