Van der Sar reanimasiyadan çıxarlıb

Allsport.az xəbər verir ki, iyulun əvvəlində “Mançester Yunayted” və Niderland millisinin sabiq qapıçısı beyin qanaması keçirib. O, reanimasiya şöbəsində idi.

“İlk növbədə, bütün gözəl dəstək mesajlarına görə hər kəsə təşəkkür etmək istəyirik. Artıq reanimasiya şöbəsində olmadığımı elan etməkdən məmnunam. Bununla belə, mən hələ də xəstəxanadayam.

Ümid edirəm ki, gələn həftə evə qayıdacağam və sağalmağımda növbəti addımı atacağam!” – Edvin sosial şəbəkədə yazıb.

52 yaşlı Van der Sar mayın sonunda “Ayaks”ın baş direktoru vəzifəsini tərk edib. 2016-cı ildən bu vəzifəni icra edir, 2012-ci ildən isə idarə heyətinin üzvü idi.

Həmin kateqoriyadan