- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Liverpul”un kapitanı Vircil van Deyk gələn mövsüm də klubda qalacağını açıqlayıb.
Allsport.az xəbər verir ki, komandanı uzun müddət çalışdıran Yurgen Klop 2023/24 mövsümünün sonunda klubu tərk edib. Klop qərarını yanvar ayında açıqlayıb və Deyk o vaxtdan bəri klubda qalıb-qalmayacağını bilmədiyini qeyd edib. İndi müdafiəçi azarkeşləri əmin edib ki, o, yeni baş məşqçi Arne Slotun rəhbərliyi altında “Liverpul”da oynamağa davam edəcək.