- Baxış sayı: 42
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

Allsport.az xəbər verir ki, əfsanəvi niderlandlı qapıçı Edvin van der Sar Xorvatiyada istirahətdə olarkən beyin qanaması keçirib.
“Ayaks”, “Yuventus” və “Mançester Yunayted”in 52 yaşlı keçmiş qapıçısı helikopterlə xəstəxanaya aparılıb, hazırda reanimasiyadadır.
İyunun 1-də Edvin van der Sar “Ayaks”ın baş direktoru vəzifəsindən istefa verib. Amsterdam klubu mütəxəssisin vəziyyətinin stabil olduğunu bildirib.