- Baxış sayı: 28
- 30 Mart 2026 21:25
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Premyer liqada tətbiqi nəzərdə tutulan VAR sistemi ilk dəfə olaraq test rejimində sınaqdan keçirilib. Allsport.az saytı xəbər verir ki, dünən “ASK arenada Azərbaycan U-17 – “Şamaxı” U-19 qarşılaşmasının baş hakimi Fərid Hacıyev olub.
Video köməkçi hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetiriblər.
FİFA-nın müvafiq tələbinə uyğun olaraq, VAR sistemi rəsmi oyunlarda tətbiqindən əvvəl test rejimində sınaqdan keçirilməlidir.