- Baxış sayı: 85
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Allsport.az xəbər verir ki, fransalı futbolçu ilə “Əl-Nəsr” və “Əl-İttihad” klubları yaxından maraqlanır. “Qırmızı şeytanlar” sərfəli təklif gələcəyi halda Varanı buraxmağa hazırdı. O, 2021-ci ilin yayında 40 milyon avroya “Real”dan Mançester klubuna keçib.
Müdafiəçi “manikunianlar”ın heyətində 79 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.