Vasif Haqverdiyev: Vaxta ehtiyacımız var

“Sabah-2” Şamaxıda təlim-məşqi başa vurub. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Vasif Haqverdiyev toplanış barədə fikirini bildirib:

“Qış fasiləsində komandanı bir neçə futbolçu tərk etdi. Hazırda heyətimizin əsasını 2000, 2001 və 2002-ci il təvəllüdlü futbolçular təşkil edir. Yəni mövsümün ikinci yarısında tam şəkildə gənclərdən təşkil olunmuş komanda ilə çıxış edəcəyik. Toplanış bizim üçün yaxşı keçdi. Sadəcə, bir neçə zədəli futbolçumuz oldu. Hazırda həmin oyunçular bərpa dövrünü keçirlər. Onlar sıraya qayıtdıqdan sonra komanda tam komplektləşəcək.

Yoxlama oyunlarında futbolçulara əsas komandanın tətbiq etdiyi oyun sistemini aşılamağa çalışdıq. Oyunçular onlardan tələb olunanın 60-70 faizini yerinə yetirdilər. Təbii ki, səhvlər var idi. Bunların da üzərində işləyəcəyik.

Bu uşaqlara vaxt lazımdır ki, bu sistemi tam mənimsəsinlər. Fikrimcə, uşaqlar bundan daha yaxşısını edə bilərlər. Sadəcə, vaxta ehtiyacımız var. Məncə, təlim-məşq toplanışı yaxşı keçdi. Fikrimcə, bu hazırlığın bizə çox xeyri olacaq”.

Həmin kateqoriyadan