“Vaxtı uzadan rəqibə qol vura bilmədik”

Fransa millisinin baş məşqçisi Didye Deşam millətlər liqasında İsraillə heç-heçəni (0:0) şərh edib.

Allsport.az xəbər verir ki, 56 yaşlı mütəxəssis rəqibin vaxt uzatdığını qeyd edib:
“Pley-offa çıxmağımız günün yeganə müsbət hadisəsidir, lakin biz daha yaxşısını edə bilərdik. Vaxtı uzadan rəqibə qol vura bilmədik… Effektivlik çatışmırdı, matç kifayət qədər enerjili olmasa da, sakit başlasaq da, fürsətlərimiz oldu. İkinci hissədə daha yaxşı çıxış etdik, amma rəqib vaxtı uzatmaqdan başqa bir şey etmədi deyə oyunun tempi artmırdı.
Pley-offa yüksəlməyə gəlincə, bu, bizim edə biləcəyimiz minimal uğurdur”.

Həmin kateqoriyadan