- Baxış sayı: 37
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Azərbaycanlı futbol meneceri Kamil Məmmədov Ukrayna mətbuatına müsahibəsində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun ölkəmizdəki fəaliyyətini qiymətləndirib. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“İndi Roman Qriqorçukdan hər kəs razıdır. “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasında üç mərhələ adlayıb, pley-off mərhələsinə yüksəlib və hazırda Yunanıstanın “Panatinaikos” klubu ilə mübarizə aparmaq şansı qazanıb. Etiraf edim ki, vaxtilə onu tənqid edənlərdən biri də mən olmuşam. Çünki “Qəbələ”yə lap əvvəllər elə də səviyyəli legionerlər gətirmirdi. Fikrimcə, o, bizim çempionatımızı bir qədər düzgün qiymətləndirməmişdi. Amma onun məşqçilik səviyyəsinə mənim heç bir şübhəm yoxdur. Bir azərbaycanlı kimi klubumuzun Avroliqanın qrup mərhələsinin bir addımlığında olmasına sevinirəm. Buna görə Qriqorçuka da əhsən düşür”.