Vendel Rusiyadakı vəziyətdən narazıdır və getmək istəyir

“Fənərbağça” Markus Vendeli “Zenit”dən icarəyə götürmək istəyir.

Allsport.az xəbər verir ki, daha əvvəl Vendelin agenti braziliyalının ölkədəki gərgin siyasi vəziyyətə görə Rusiyaya qayıtmayacağını bildirmişdi. Rusiya təmsilçisinin baş direktoru Aleksandr Medvedev əmin edib ki, yarımmüdafiəçi yaxın vaxtlarda komandaya qoşulacaq.

“Fənərbağça”nın prezidenti Əli Qoç hücuçşunun satın alma opsiyonu ilə krediti üçün danışıqlara başlayıb. Braziliyalının təklifi maraqla qarşıladığı bildirilir. Bundan əlavə, yarımmüdafiəçinin qərarına gələn mövsüm “Zenit”in avrokuboklardan uzaqlaşdırılması da təsir edə bilər.

Ötən mövsüm futbolçu RPL-də 25 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan