Verstappen ilin ən yaxşısı seçildi

“Red Bull”un pilotu Maks Verstappen “Autosport” tərəfindən ilin ən yaxşısı seçilib.

Allsport.az xəbər verir ki, niderlandlı pilot həmçinin “İlin ən yaxşı anı” nominasıyasında da qalib olub. O, Braziliya qran prisində 17-ci yerdən liderliyə yüksəldiyi ana görə mükafatlandırılıb.

“Autosport” jurnalının bütün oxucularına mənə “İlin pilotu” seçdikləri üçün böyük təşəkkür etmək istədim. Bu, dördüncü dəfə oldu. Əlbəttə ki, bu, çox gözəl bir hissdir. Çox gözəl qələbələrin, çətin anların yaşandığı çətin bir il idi.

Amma əlbəttə ki, ən vacibi üstün olmaq idi və biz komanda olaraq bunu etdik. Beləliklə, bəli, mən bununla çox qürur duyuram və mükafata görə bir daha təşəkkür edirəm”, – “Autosport” Verstappenin sözlərindən sitat gətirir.

Həmin kateqoriyadan

azenrutr