“Vest Hem” istəyinə yaxındır

“Vest Hem” və “Borussiya” hücumçu Niklas Fülkruqun transferi ilə bağlı razılığa gəlməyə yaxındır.

Allsport.az saytı xəbər verir ki, Dortmund klubu almaniyalı forvardı 2023-cü ilin yayında “Verder”dən 17 milyon avroya alıb. İndi 31 yaşlı futbolçunun bazar dəyəri 15 milyon avro qiymətləndirilir.

2023/24 mövsümündə Fülkruq 46 matçda 16 qol vurub və 10 məhsuldar ötürmə edib. O, Avro-2024-də Almaniya millisində çıxış edib və burada 5 matçda 2 qol vurub.

Həmin kateqoriyadan