- Baxış sayı: 12
- 31 Mart 2026 10:00
- Baxış sayı: 545
- Mart 30, 2026
- 0

“Kenninin qarşıdakı oyunlara yanaşmasının dəyişib-dəyişməyəcəyini bilmək çox çətindir. Amma indi elə vəziyyətdir ki, hansı yolla olur-olsun, nəticə əldə etməlidir”.
Allsport.az xəbər verir ki, bunu İrlandiya millisinin sabiq futbolçusu Conni Caylz yığmanın Bakıda Azərbaycana qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunu barədə “otbsports.com” saytına açıqlamasında deyib.
Veteran yarımmüdafiəçi bildirib ki, məğlubiyyət 50 yaşlı mütəxəssisin qovulması ilə nəticələnə bilər: “Kenni kritik dönəmdədir. İşini davam etdirmək üçün bu matçlarda qələbə qazanmalıdır. Azərbaycanı məğlub edə bilməsə, ciddi problemlərlə üzləşəcək”.
1959 – 1979-cu illərdə yığmanın formasını geyinmiş Caylz 59 oyunda 5 qol vurub.